“Qəbələ” “Sumqayıt”a uduzdu

  • By ilhame
  • 23 Yanvar 2024 19:18

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

 

Gununsesi.info xəbər verir ki, son gündə 2 görüş baş tutacaq.

 

“Qəbələ” doğma meydanda “Sumqayıt”ı sınağa çəkib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

 

Turun qapanış matçında isə lider “Qarabağ” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

 

Daha öncə “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçları qolsuz bitib, “Kəpəz” “Turan Tovuz”a qalib gəlib – 2:1.

 

Azərbaycan Premyer Liqası

19-cu tur

23 yanvar

 

“Qəbələ” – “Sumqayıt” 0:1

 

Gununsesi.info