
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimiz “Qəbələ” və “İnter”in keçirəcəyi oyunlara təyinatlar tam açıqlanıb.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, “Qəbələ”nin Polşa “Yaqelloniya”sı ilə oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub.
“İnter”lə Lüksemburq “Fola”u arasındakı qarşılaşmada isə israilli ədalət təmsilçisi fit çalacaq.
“İnter” – “Fola” (Lüksemburq)
12 iyul. “Dalğa Arena”
Baş hakim: Eitan Shmuelevitz
Baş hakimin köməkçiləri: Sagy Metzamber, Nissan Davidy
Dördüncü hakim: Daniel Bar Natan
(Hakimlər İsraildəndir)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
“Qəbələ” – “Yaqelloniya” (Polşa)
13 iyul. “Bakcell Arena”
Baş hakim: Marco Fritz
Baş hakimin köməkçiləri: Holger Gunter Henschel, Marcel Pelgrim
Dördüncü hakim: Guido Winkmann
(Hakimlər Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Anar
Gununsesi.info