“Qəbələ”-“Yagelloniya” oyununu almaniyalı hakimlər briqadası idarə edəcək

  • By admin
  • 10 İyul 2017 22:45

avroliq

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ”-“Yagelloniya” (Polşa) oyununun hakimləri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi belaruslu Yevgeni Tratsyuk, hakim-inspektoru isə Erol Ersoy (Türkiyə) olacaq.

Gununsesi.info