Qəbələdə 53 nəfər təxliyə edildi  

  • By admin
  • 01 Sentyabr 2016 22:36

demir

 

Qəbələ rayonunun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayında sel əmələ gəlib.

FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dərhal FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfəri təxliyə ediblər.

Əməliyyat saat 20:18-də başa çatıb.

 

Gununsesi.info