Qəbələdə açıq ərazidə yanğın başlayıb

  • By admin
  • 09 Avqust 2021 19:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

 

HTML tutorial

Gununsesi.info nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır.

 

Əlavə məlumat veriləcək.