Qəbələdə ağır qəza: Sürücünün ürəyi dayandı – FOTO

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

HTML tutorial

Belə ki, Bakı istiqamətində hərəkətdə olan 99 BL 382 dövlət nişanlı “Opel“” markalı avtomobilin sürücüsü maşını idarə edərkən ürəyi dayanıb və avtomobil yolun kənarında olan VAZ-2106 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.