Qəbələdə evdə partlayış olub

Qəbələdə qaz sızmasından yaşayış evində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə səhər saatlarında olub.

HTML tutorial

Nəticədə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus yaşayış evinin 130 kvadratmetr hissəsi dağılıb.

Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info