Qəbələdə fermerler ayağa qalxdı

  • By admin
  • 06 Mart 2017 14:33

fermer

Martın 6-da  səhər saatlarında  Qəbələ şəhər İcra Hakimiyyətinin binası önündə bir qrup fermer aksiya keçirib.

Gununsesi.info-nun xəbərinə görə,  heyvandarlıqla  məşğul olan bir qrup fermerlər örüş torpaqlarının əllərindən alınmasına etiraz rdiblər. Aksiya da  100-dən artıq etirazçı iştirak edib.

 Etirazçı fermerlətr bildiriblər ki, torpaqları əllərindən alınır.  Belə ki, “Çüdülü” adlanan ərazidə onların daim istifadə etdiyi örüş torpaqlarıyla bağlı müqavilələri olmasına baxmayaraq, məmurlar torpaqları onların  əlindən alır. Onlar buna səsəbə olaraq, həmin ərazidə  pambıq əkiləcəyini göstəriblər.  Aksiya iştirakçıları bildirib ki, Qəbələdə heç vaxt pambıq əkilməyib.  Onlar hesab edirlər ki, bu,  təsərrüfatların məhv olması, minlərlə insanın işsiz, çörəksiz qalması deməkdir. 

Hazırda icra hakimiyyəti rəhbərliyi ilə etirazçıların nümayəndələri arasında danışıqlar başlayıb.

Gülnaz Qənbərli

Gununsesi.info