Qəbələdə məşqçilər arasında qalmaqal – Qriqorçuk qovuldu

  • By admin
  • 03 Fevral 2017 19:13

79164

 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün növbəti dəfə meydandan qovulub.

Qol.az-ın xəbərinə görə, ukraynalı mütəxəssis “Neftçi” ilə Topaz Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşünün 90-cı dəqiqəsində rəqib məşqçi, həmyerlisi Aleksandr Deriberin ilə mübahisə etdiyi üçün tribunaya göndərilib.

Qeyd edək ki, R.Qriqorçuk bu mövsüm Premyer Liqada ikinci dəfə eyni cəzaya məruz qalır.

Bundan başqa, baş hakim Fariz Yusifov A.Deriberini də texniki zonadan qovub.

Gununsesi.info