Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş

Dünən Qəbələ rayonunda Nohurqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan meyitin kimə məxsus olması dəqiqləşib.

Gununsesi.info xəbər verir ki, vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.

HTML tutorial

Bildirilib ki, S.Həmidov ötən ilin 30 noyabr tarixindən itkin düşüb və həmin vaxtdan axtarılırmış. 50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb. Yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info