Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülüb

  • By ilhame
  • 11 Avqust 2024 15:26

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

 

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Gununsesi.info