Qəbələdə zəlzələ olub

  • By admin
  • 14 Yanvar 2017 21:44

zelzele

 

Yanvarın 14-də saat 19:28-də Xınalıq kəndindən 17 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində 3,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.

Gununsesi.info