Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” II təsnifat mərhələsində cavab oyununu keçirib. Gununsesi.info-nun məlumatına görə, “qırmızı-qaralar” bu gün Macarıstanın MTK klubu ilə qarşılaşıblar.
Səfərdə keçirilən ilk görüşdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri görüşün taleyini birinci hissədə həll ediblər. Belə ki, ilk oyunda olduğu kimi yenə qələbə qazanan “Qəbələ” bu dəfə hər iki qolunu fasiləyədək vurub.
Oyunun 7-ci dəqiqəsində Baqali Dabonun ötürməsindən sonra Sergey Zenyov hesabı açıb. 28-ci dəqiqədə Teo Uiks Dabonun ötürməsini başla qapıya göndərib.
Bununla, mövsümdə keçirdiyi 4-cü oyunda 3-cü qələbəsini qazanan “Qəbələ” III təsnifat mərhələsinə yüksəlib.
Qriqorçukun yetirmələri bu mərhələdə Fransa təmsilçisi “Lill”lə görüşəcək.
Qeyd edək ki, növbəti mərhələnin ilk oyunları iyulun 28-də baş tutacaq. “Qəbələ” həmin gün Fransada “Lill”in qonağı olacaq.
Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul
“Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan) – 2:0
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37
Baş hakim: Mete Kalkavan
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 2:1
https://www.youtube.com/watch?v=I9ZyppxzlEc
Gununsesi.info