“Qəbələ”nin baş məşqçisi: “Qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik”

  • By admin
  • 25 Avqust 2016 12:07

roman

“Maribor” çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha sürətli oyun göstərəcək. Çünki onların güclü azarkeş dəstəyi olacaq”.

Gununsesi.info KİV-ə istinadən xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Maribor” (Sloveniya) – “Qəbələ” (Azərbaycan) qarşılaşmasından əvvəl “qırmızı qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında bildirib.

Ukraynalı mütəxəssis deyib: “Rəqibin ciddi hədəfləri var. Bu da o deməkdi ki, meydanda maraqlı futbolun şahidi olacağıq. Nümayiş etdirmək istədiyimiz hücum futbolunun nəticə verəcəyinə əminəm. Bu matç hər iki klub üçün çox vacibdir. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik”.

Qeyd edək ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” komandası səfərdə Sloveniyanın “Maribor” klubu ilə cavab oyununa çıxacaq. İlk oyunda “Qəbələ” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Gununsesi.info