
UEFA tərəfindən 26 min avro maliyyə vəsaiti ayrılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandasının UEFA Gənclər Liqasında iştirakına görə UEFA tərəfindən 26 min avro maliyyə vəsaiti ayrılıb. Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
Anar
Gununsesi.info