Qəbiristanlıqdan güldan oğurlayanlar tutuldu

  • By admin
  • 02 Avqust 2017 13:52

qebir

Qəbiristanlıqdan güldan oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri saxlanılıblar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, cari ili iyulun 19-da Biləsuvar rayonunun 3 saylı qəsəbəsi ərazisindəki qəbiristanlıqda 4 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Zülfüqar Nuruzadə və Usub Hüseynov Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Anar
Gununsesi.info