Qəbiristanlıqdan oğurluq edən şəxslər ələ keçdilər: İkisi qardaşdır -FOTO

Daşkəsəndə qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar.

Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

HTML tutorial

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Mətləb Əkbərov, Gəncə şəhər sakinləri olan qardaşlar Röyal və Hafiz Ocaqvediyev saxlanılıblar. Onlar müxtəlif vaxtlarda kənd qəbiristanlığındakı bir neçə qəbirin dəmir barmaqlarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılıblar, araşdırmalar davam etdirilir.