Qəbirstanlıqdan oğurluq edənlər saxlanılıb

  • By admin
  • 15 Avqust 2016 11:20

ogru

Şəkidə qəbirstanlıqdan oğurluq edən Mingeçevir sakinləri saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Mingəçevir şəhər sakinləri Şəkiyə gələrək kənd qəbirstanlığından məhəccərlər oğurlayıblar. Oğurluq hadisəsi Şəkinin Çayqaraqoyunlu kənd qəbirstanlığında qeydə alınıb.Kənd sakinləri Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaxınlarının qəbirlərinin ətrafında olan dəmir məhəccərlərin yoxa çıxdığını bildiriblər.Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirən polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən Mingeçevir sakinləri 49 yaşlı Davud Quliyevi və 28 yaşlı Faiq Qasımovu saxlayıblar. İlkin dindirilmə zamanı şübhəli şəxslər əməllərini etiraf ediblər.Onlar bildiriblər ki,Mingəçevirdən iş axtarmaq məqsədilə Şəkiyə gəliblər və yol kənarında qəbirstanlığı gördükdə oradan dəmir məhəccərləri oğurlayaraq satmaq istəyiblər.Oğurladıqları dəmirləri isə yaşadıqları Mingəçevir şəhərində satıblar.Onlar tutduqları əməldən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.

ogru1

Gununsesi.info