Qəbristanlıq yandı

  • By admin
  • 29 Avqust 2016 21:28

5038242fbdf51a423ecdb4f41b1f08d5

Göyçay rayonunda qəbristanlıq ərazisi yanıb.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçayın Potu kəndi ərazisində yerləşən qəbristanlıqda qeydə alınıb.

Kənd sakinləri qəbiristanlıqda təmizlik işləri görüb, dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aprılır.

Gununsesi.info