
“Neft sektorundan fərqli olaraq, xarici investorlar Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırmaqda maraqlı olmurlar”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, bu qanun layihəsinin qəbul edilməsi işlər mexanizmini ortaya qoya, bu sahədə çatışmazlığı aradan qaldıra bilər: “Bu qanun işlənib hazırlanarkən beynəxlaq təcrübə nəzərə alınıb. Bəs yerli təcrübə nəzərə alınıbmı? 2016-cı ildə bu qanunvericilikdə əks olunan sahələri əhatə edən qanunlar qəbul olunub, sərəncamlar verilib, lakin onların heç biri işləməyib”.
Millət vəkili vurğulayıb ki, xarici investorların sərmayə yatırması üçün təşviqat işlərinin aparılmasına ehtiyac var.
Gununsesi.info