Qəbul imtahanında hansı yeniliklər olacaq?

  • By Mina
  • 19 Aprel 2024 16:55

“Qəbul imtahanlarında yenilik tətbiq olunacaqsa, bu, azı iki il əvvəl elan edilir”.

Gununsesi.info xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM rəhbəri bildirib ki, qəbul imtahanlarında yeniliklər tətbiq olunmazdan əvvəl Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılır:

“Növbəti mərhələdə addım-addım yenilikləri tətbiq edirik. Hər tədris ilinin əvvəlində gələcək imtahan modelini çap edirik. Hər kəs noyabr, dekabr ayında çap olunan imtahan proqramları ilə tanış olub, imtahanın hansı çətinlikdə olacağını təsəvvür edə bilər. Təəssüf ki, belə elmi yanaşmaları müşahidə etmirik”.

Gununsesi.info