“Qəbul imtahanında iştirak üçün ödənişin məbləği müzakirə olunur” - TQDK

  • By admin
  • 14 Oktyabr 2016 16:24

tqdk-1

Hazırda Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müzakirələr aparılır.

Gununsesi.info xəbər verir ki, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) apa-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyən olunduqdan sonra Tarif (qiymət) Şurasına təqdim ediləcək: “Bu məsələ ilə bağlı konkret qərar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında edilən dəyişikliklərə əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.

Gununsesi.info