Qəbul olunan bəzi qanunlara deputatlar müəyyən iradlarını bildirsə də, həmin iradlara dəyişiklik olmayıb.
Gununsesi.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib.
“Payız sessiyasında çox vacib qanunlar qəbul olunub. Vergi Məcəlləsini qəbul etməklə müəyyən problem yaranıb. Təxmini 30-40 milyon manata görə, mikrosahibkarları sıradan çıxarmışıq. Müəyyən iradlarımızı bildirsək də dəyişiklik olmadı.
Heç olmasa ilin I rübündə bizə hesabat verilsin ki, necə nəticələr olub. Bir neçə mikrosahibkarla görüşmüşəm. Onlar bizi qınayır ki, qanunu biz qəbul etmişik. Rəqabət Məcəlləsində də eyni problem ola bilər. Müəyyən iradlarımızı bilirsək də nail ola bilmədik.
Mikraosahibkarların haqqımızda mənfi rəy verməsi komitəmizin adına ziyan vurur. Bəzən dövlət başçısının adından göndərilir. Məgər dövlət başçısı oturub bütün qanunu oxuyur?
Biz bir qanunu oturub başa çatdıra bilmirik”, – deputat yanvarın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Şəbnəm
Gununsesi.info