Qəddafinin bank hesablarından milyardlarla avro yoxa çıxdı

  • By admin
  • 09 Mart 2018 08:10

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin 2011-ci ildə BMT-in qərarı ilə dondurulmuş bank hesablarından 10 milyard avrodan çox vəsait yoxa çıxıb.

Belçikanın “Euroclear” bankındaki hesablar devrilmiş Liviya liderinin yaxın silahdaşları tərəfindən nəzarət olunurdu.

Belçika prokurorluğu bildirib ki, hal-hazırda hesablarda cəmi 5 milyard avro qalıb.

Gununsesi.info