Qəddafinin oğlunun prezident seçkilərində iştirakına icazə verildi...

  • By admin
  • 03 Dekabr 2021 19:34

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislamın dekabrın 24-də keçiriləcək prezident seçkilərində iştirakına icazə verilib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, “Panaroma” telekanalının məlumatına görə, Sebha şəhərinin Apellyasiya Məhkəməsi Liviya seçki komissiyasının Qəddafinin oğlunun seçkilərdə iştirakını rədd edən qərarını ləğv edib.

Seyfülislam Qəddafi noyabrın 14-də MSK-nın Sebhadakı ofisində olub və dövlət başçısı vəzifəsinə namizədliyini rəsmən elan edib. Bir gün sonra Liviya Seçki Komissiyası onun namizədliyini ləğv edib.

Xəlifə Haftarın tərəfdarlarının Qəddafinin oğlunun apellyasiya məhkəməsinə müraciət etməsinə mane olmaq cəhdi uğursuz alınıb.

Bundan əvvəl Liviya prokurorluğu Seyfulislam Qəddafinin həbsinə order vermişdilər.

Gununsesi.info