Müğənni Qədir Qızılsəsin dünyasını dəyişməsi ilə bağlı şayiələr yayılıb.
Gununsesi.info xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) ifaçı ilə əlaqə saxlayaraq məlumatların əsassız olduğunu aydınlaşdırıb.
Qədir Qızılsəsin sözlərinə görə, bununla artıq neçənci dəfədir ki, ölüm xəbəri yayılır:
“Bunun adı ancaq paxıllıq ola bilər. Şəhidlərimizə, Məhərrəm ayına görə efirlərə çıxmırdım. Hər şey yaxşıdır”.
Gununsesi.info