QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah” Bu qüslün böyük savabı var.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.
3) Məscidə gedərək cəm halda ibadət etmək
4) Qədr gecəsinin namazı. Bu namazın böyük şərafəti var. Xiftən və sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah” Sübh namazı kimi 2 rukətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə ixlas surəsi oxunmalıdır. Namazı qurtardıqdan sonra alını səcdəyə qoyub 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.
5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni, “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam”.
Quranı baş üzərinə qoyub dua etməyin qaydası:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: “Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi və fihi ismukəl əkbər və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minənnar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih və bihəqqi kulli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink”.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə de:
1.Bikə ya Allah (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (s.ə.) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Huccəti (ə.c.) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir, çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rukət (sübhnamazı kimi) müstəhəb namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rukətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.
9) Covşən-kəbir duasını oxumaq.
10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. 100 dəfə “əllahumməl`ən qətələtə əmiril muminin” Yəni, “İlahi, Əlinin (ə) qatillərinə lənət et”
11) 100 dəfə “əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək.
“Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”
Allah qəbul etsin!
Gununsesi.info