İstanbulda qəhvə qiymətlərində ciddi artım yaranıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, ilin əvvəlindən 60 faiz artan bir fincan filtr qəhvənin qiyməti indi orta hesabla 90 lirədir.
Bu da öz növbəsində avro ilə müqayisədə bir çox Avropa şəhərlərini geridə qoyub.
Filtr qəhvə İstanbulda orta hesabla 2,6 avroya, Parisdə 2,4 avroya, Berlin və Barselonada 2 avroya, Afinada 1,5 avroya, Milanda isə 1,2 avroya satılır.
Satıcılar deyir ki, bu il xərcləri xeyli artdığına görə bu da qiymətdə özünü göstərib.
Onu da qeyd edək ki, qiymət artımına baxmayaraq, Türkiyədə orta qəhvə istehlakı artır. Adambaşına düşən qəhvə istehlakı ildə 1,2 kiloqrama çatıb.
Avropada bu nisbət 6-7 kiloqram arasındadır.
Şəbnəm