Qəhvə qutularında gizlədilən 825 kiloqram heroin aşkar edilib

  • By Admin2
  • 05 Dekabr 2024 11:42

Adanada qəhvə qutularına gizlədilən 825 kiloqram heroinin ələ keçirildiyi əməliyyat zamanı saxlanılan şübhəli həbs edilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən həyata keçirilən “Narkoçelik-50” əməliyyatı çərçivəsində bir yük avtomobilində qəhvə qutularına gizlədilmiş 825 kiloqram heroin ələ keçirildiyi üçün saxlanılan sürücü Mehmet Emin Ç (36) ilə bağlı əməliyyat tədbirləri davam etdirilir.

Ədliyyəyə sövq edilən şübhəli növbətçi hakim tərəfindən həbs edilib.

Qeyd edək ki, yük maşınından gizlədilmiş 1512 qəhvə qutusu çıxıb.

Orxan Saffari

Gununsesi.info