
Qəhvə dünyada ən çox istehlak edilən içkilərdən biridir. Qəhvənin sağlamlığa bir çox faydası olduğu bilinir. Yeni bir araşdırmaya görə, qəhvə istehlakı tip 2 diabet riskini azalda bilər. Ancaq bu faydanı görmək üçün qəhvənizi içərkən əməl etməli olduğunuz bir qayda var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Harvard TH Chan Xalq Sağlamlığı Məktəbi tərəfindən edilən araşdırmada, təxminən 290 min adamın qəhvə istehlakı araşdırıldı. 34 illik izləmə müddətində bu insanların 13281-nə 2-ci tip şəkərli diabet diaqnozu qoyulub. Araşdırmanın nəticələrinə görə, gündə istehlak edilən hər fincan qara qəhvə 2-ci tip diabet riskini 10 faiz azaldır. Qəhvəsinə süd əlavə edənlər üçün də oxşar faydalar müşahidə edilib.
Ancaq qəhvəyə şəkər qatan insanlarda bu faydanın azaldığı müəyyən edilib. Şəkər əlavə edənlər üçün riskin azalması cəmi 5 faiz olub. Tədqiqat, qəhvəsinə orta hesabla bir çay qaşığı şəkər əlavə edən şəxslərin 2-ci tip diabet riskinin daha az olduğunu, lakin bu faydanın qara qəhvə içənlərlə müqayisədə yarıya qədər azaldığını göstərdi.Qəhvədə olan kofein və bitki birləşmələri 2-ci tip diabetlə əlaqəli bədəndəki iltihabı azalda bilər. Bundan əlavə, müntəzəm olaraq qəhvə istehlak edən fərdlərin yaşlandıqca daha az kilo aldıqları məlumdur ki, bu da diabet riskini azalda bilər.
Digər tərəfdən şəkər əlavə edilmiş qəhvə istehlakının çəki artımını artıra biləcəyi ifadə edilir. Şirinləşdirilmiş qəhvə şəkərli qidalar qədər doyurucu olmadığı üçün insanların yemək və qəlyanaltılarda əlavə kalori istehlak etməsinə mane olmur. Bu, şəkər istehlakının diabet riskinə necə təsir etdiyini də izah edir.
Araşdırmaya görə, qəhvəyə süni tatlandırıcıların əlavə edilməsi, 2-ci tip diabetə qarşı təmin etdiyi qorunmanı da zəiflədir. Tərkibində süni dadlandırıcılar olan qəhvə içən insanlar hər fincanda 2-ci tip diabet riskinin yalnız 7 faiz azaldığını gördülər.
Orxan Saffari
Orxan Saffari