Qəhvənin gözlənilməz yan təsiri aşkar edilib

“Hətta bir fincan espresso insanların impuls alış-verişə meylini artırır”.

Gununsesi.info xəbər verir ki, bu müşahidəni Britaniya Psixoloji Cəmiyyəti (BPS) bu müşahidəni TikTok hesabında paylaşıb.

“Alış-verişə getməzdən əvvəl qəhvə içməyin impuls alış riskinizi artıra biləcəyini bilirdinizmi? Alış-verişdən əvvəl yalnız bir espresso içən insanlar kofeinsiz qəhvə içənlərə nisbətən 50 faiz daha çox pul xərcləyiblər”, – deyə cəmiyyət qeyd edib.

Britaniya Psixoloji Cəmiyyəti bildirib ki, bu gözlənilməz yan təsir kofeinin təsiri altında olan insanların daha çox həyəcanlanması ilə əlaqədardır ki, bu da impulsiv davranışlara səbəb olur.

Təşkilat əlavə edib ki, bu tapıntılar elmi araşdırmalarla təsdiqlənib.

Həmçinin məlum oldu ki, bir fincan espresso içdikdən sonra insanlar yalnız zövq üçün lazım olan praktiki olmayan malları daha çox alırlar.

 

 

Şəbnəm

Gununsesi.info