Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Zirə”ni qəbul edib.
Qarşılaşma əyalət təmsilçisinin qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.
İlk qələbəsini qazanan “Qəbələ” üç xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. Əvvəlki görüşlərdə qalib gələn paytaxt klubu 12 xalla liderdir.
Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Turun dünən baş tutan ilk oyununda “Turan Tovuz” səfərdə “Sabah”ı üç cavabsız qolla üstələyib. Tura sabah iki oyunla yekun vurulacaq.