Həbsdən azad edilən sabiq səhiyyə naziri Əli İnsanovun ölkənin aparıcı media orqanlarının müsahibə istəyinə “yox” deməsi müxalif düşərgədə onun tənqidinə səbəb olub.
Qeyd edək ki, sabiq nazir azadlığa çıxandan bəri yalnız ABŞ hökumətinin maliyyələşdirdiyi “Amerikanın Səsi” və “Azadlıq” radiosuna müsahibə verib.
Bu arada isə xaricdən yayımlanan “Turan” TV-nin rəhbəri Qənimət Zahid özünün sosial şəbəkədəki hesabında Əli İnsanova sətiraltı ifadələrlə öz narazılığını çatdırıb.
O, yazıb: “Deyəsən, Əli İnsanov elə bilir ki, “Amerikanın Səsi” və “Azadlıq” radiosunun gündəlik də olmasa həftəlik planlaşdırılmasını Tramp aparır”.
Bu arada Meydan TV-nin tanınmış əməkdaşı Natiq Cavadlı da Əli İnsanovdan müsahibə istəyini reallaşdıra bilməməsindən danışıb.
Gununsesi.org