Qənirə Ataşova ABŞ-a köçdü - TANINMIŞ TELEAPARICI BİRLƏŞMİŞ ŞTATLARDA TƏHSİL ALACAQ

  • By admin
  • 28 Avqust 2017 09:30

qenire_atashova

Fəaliyyəti qadağan olunan ANS televiziyasının tanınmış aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçüb.

Gununsesi.info-nun xəbərinə görə, teleaparıcının ABŞ-a köçməsi onun bu ölkədə təhsil almaq istəyi ilə bağlıdır. Qeyd edək ki, Qənirə Ataşova  ANS-in bağlanmasından sonra Amerikadan Bakıya dönmüşdü.

O, özünə dair olan bütün ittiham və suallara elə Bakıdaca cavab verib. Lakin onun könüllü Azərbaycana qayıtmasına baxmayaraq, sonradan Türkiyəyə gedişi zamanı sərhəddən geri qaytarılmışdı.

Ancaq dövlət başçısına müraciətindən sonra Qənirə Ataşovanın ölkəni tərk etməsinə qoyulan qadağa aradan qaldırıldı.

Gununsesi.info