Uzun müddətdir ABŞ-da yaşayan tanınmış telejurnalist Qənirə Ataşova yenidən televiziya sahəsinə qayıdıb.
Gununsesiaz.info xəbər verir ki, Qənirə Ataşova Güney Azərbaycan Televiziyasının (Gunaztv) Vaşinqton bürosunu təmsil edəcək.
Tanınmış telejurnalistin hazırladığı ilk müsahibə-reportaj sözügedən kanalda yayınlanıb. İran və Amerika arasındakı münsibətlərinin son durumu ilə bağlı Q.Ataşovanın suallarını Güney Azərbaycan diasporunun Fəalı Habib Azərsina cavablandırıb.
Gununsesiaz.info