Qənirə Paşayeva AŞPA Prezident Komitəsində TƏKLİFLƏRLƏ ÇIXIŞ EDİB

  • By admin
  • 27 Yanvar 2018 13:53

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva AŞPA Prezident Komitəsində təkliflərlə çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Qənirə Paşayeva Azad Demokratlar Qrupunun sədrini əvəz edərək təşkilatın Prezident Komitəsində iştirak edib.

AŞPA prezidenti Michele Nikolletinin və AŞPA-da təmsil olan Xristian Demokratlar, Avropa Mühafizəkar, Sosialist, Avropa Liberal və Avropa Sol partiyaları sədrlərinin iştirakı ilə keçirilən müzakirələr qış sessiyasının əsas məqamlarını, təşkilatın, eləcə də aprel ayında keçiriləcək yaz sessiyasının gündəliyi və Avropa məkanında baş verən bir sıra önəmli məsələləri əhatə edib.

Millət vəkili Q.Paşayeva Azad Demokatlar Qrupu adından təkliflərlə çıxış edib, təşkilatın sədri və qrup rəhbərləri tərəfindən irəli sürülmüş bir sıra fikir və təkliflər ətrafında müzakirələrdə fəal iştirak edib.

Gülnaz Qənbərli

Gununsesi.info