“Əvvəl məzhəblə, sonra təriqətlərlə bölündü. Bölündü, bölündü…Sonra bir-birilərinə düşmən oldular”.
Gununsesi.info-nun məlumatına görə, bunu Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, sonra dindən siyasi və şəxsi maraqlar üçün istifadə olundu. Onun yazdığına görə, sonra bundan istifadə edənlərin sayı artdı.
“Artdıqca faciələrin sayı da artdı… Özü dərindən hiss etməsə də düşmənlər zəif yerləri çox yaxşı bildilər və istifadə edib faciələri daha da böyütdülər, çoxaltdılar. Bir də baxıb gördük ki, müsəlman dünyasının çox yerində göz yaşı var, acı var…
Yeri gəlmişkən, müəlman dünyası nədən bu vəziyyətə düşdü deyə soran bəzi dostlara qısa bir cavab və bir də təklif. “Allah bir, din bir, kitab bir, Peyğəmbər birdirsə, onda nəyin dərdindəsən deyib məzhəb-məzhəb, təriqət-təriqət bölünüb bir-birilərinə soyuq, yad baxanlara səslənən, din adını şəxsi maraqları üçün istifadə edənlərə qarşı mücadilə edən maarifçi aydınların sayı artmadıqca, çox çətin olacaq müsəlman dünyasına.
Bunu demək asan deyil , min şər-böhtan da eşidəcək belələri, amma başqa yol yoxdur. Müsəlman dünyasına qarşı düşmən kəsilənlərə cavab verə bilməyin tək yolu bundan keçir. Oxumaq, Öyrənmək, Fərqində olmaq, Anlamsız şeylər üzündən bir-birinə düşmən olmamaq və Birlikdən!”- deyə, o, qeyd edib.
K. Həmzəoğlu
Gununsesi.info