Qənirə Paşayeva da Qobudan danışdı: “Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisləri kimi aparır”

  • By admin
  • 14 Fevral 2017 13:34

qenirepalr

“Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisləri kimi aparır”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin  bu gün keçirilən iclasında deyib. O, qeyd edib ki, bələdiyyə sədrləri özlərinin  vəzifələrini bilmirlər: “Yəni, bizdə illər keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun  nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait “silinib”. Bəs maraqlıdır ki, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu böyük vəsaitdir, onun taleyi nə yerdə qalıb?

Bir də ki mən Vilayət müəllimdən soruşmaq istəyirəm ki, 70 layihənin dəyərləndirilməsi məsələsi nə yerdə qalıb? Həmin  şəxslər layihələrinin qəbul edilməsinə ümid etsinlərmi, yoxsa, bundan vazgeçsinlər? Bu məsələyə də aydınlıq gətirmək lazımdır”.

 Kamil

Gununsesi.info