Qənirə Paşayeva: “Gözəl örnək… İbrət alana…”

  • By admin
  • 01 Sentyabr 2016 14:57

qanire

“Yaponiyada baş vermiş bu hadisəni oxuyanda mənə çox təsir etdi. Maraqlı, düşündürücü və ibrət alıcı bir hekayədir.
Bir gün evini yenidən dekorasiya etdirmək istəyən yapon bunun üçün evinin bir divarını yıxır. Yapon evlərində əsasən iki taxta divar arasında bir çuxur boşluq olur”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşdığı yazısında qeyd edib. O, daha sonra yazır:

“Divarı yıxdığı zaman orada bayırdan gələn bir mismar ayağına batdığı üçün sıxışmış kərtənkələni görər. Adam bunu gördüyündə özünü çox pis hissə edər. Çünki bu mismar 10 il öncə ev inşa edilirkən vurulmuşdur. Yapon çox təəccüblənir ki, axı necə ola bilər ki, kərtənkələ bu vəziyyətdə heç tərpənmədən 10 il ərzində yaşamağı bacarıb. Qaranlıq bir divar boşluğunda heç qımıldanmadan 10 il boyunca kərtənkələnin yaşaya bilməsi mümkünsüz olmalı idi. Düşünməyə başladı. Bu kərtənkələnin 10 ildir heç qımıldanmadan necə yaşadığını…


Həm də ayağı mismarlanmış! Bu möcüzə ona o qədər təsir edir ki, işini-gücünü buraxıb kərtənkələni müşahidə etməyə başlayır. “Nə yeyir, əcəba?” – deyə düşünür. Axı bu boşluqda və yanında yeyəcək yoxdur… Üstəlik 10 il… Elə bu barədə düşünürmüş ki, haradan çıxdığının fərqinə varmadığı başqa bir kərtənkələ ağzında daşıdığı yeməklə gəlir…İnanılmaz!


Adam gördüyü mənzərədən çox təəccüblənir. Bu necə bir sevgi? O, bu sevgi qarşısında heyran qalır və baş əyir. Ayağı
mismarlanmış kərtənkələ düz 10 il digər kərtənkələ tərəfindən bəslənməkdəymiş…


P.S: Bəli, insanı heyrətləndirən, təəccübləndirən və sözün əsil mənasında baş əydirən bir hadisədir. Bilir-
sinizmi, niyə? Çünki şüursuz kərtənkələnin bu örnəyinə şüurlu insanlar arasında nadir hallarda rast gəlirik.
Həm də çox nadir…”

Gununsesi.info