Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Millət vəkili Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb. 

Gununsesi.info-nun xəbərinə görə, “İlin İşgüzar Xanımı” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevanın millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bu mükafata layiq görüldüyü vurğulanıb.  Onu bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibəti ilə təbrik edib. “Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşadn və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm” deyib.

Gununsesi.info

COMMENTS