Qənirə Paşayeva: “O dünyada heç kəsə var-dövlət lazım olmur…”

  • By admin
  • 05 İyul 2016 10:41

 

13082551_860502004061840_5337797971932952484_n

HTML tutorial

 

“Bu dünyadan özümüz boyda kəfəndən başqa heç bir şey aparmayacağıq”.Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.Onun sözlərinə görə, “övladlarıma var qoyub gedəcəm deyənlər” Yaradan yazmasa, övladlarınız o varı heç zaman yeyə bilməyəcək. “Onu verən almasını da bilir… Yaradan övladlarınıza var-dövlət taleyi yazıbsa sizsiz də onu verəcək. Övladlarınıza qoya biləcəyiniz ən gözəl miras isə yaxşılıqdır. Övladlarınıza mütləq bir şəkildə geri qayıdacaq. O dünyada isə heç kəsə var-dövlət lazım olmur. Lazım olan tək şey apara bildiyimiz qədər rəhmət dualarıdır. Onu isə bu dünyada qazanmaq lazımdır. Dünyada qoyub gedəcəyimiz dünya malından bizə qalan tək şey qazana biləcəyimiz o rəhmət dualarıdır. Onun üçün varınızı ürəklə xərcləyin. Ramazan bayramında ehtiyacı olanları xatırlamaq bayramın hikmətini anlamaq deməkdir”-deyə,o, sözlərinə əlavə edib.

Gununsesi.info