“Əzizi bir məsuliyyətsizin, içkili ,qayda-qanunlara məhəl qoymayıb kefi istədiyi kimi avtomobil idarə edənin günahsız qurbanı olmayanlar rahat danışa bilir. Amma gənc bir qızı bu cür avtomobil sürənin günahı nəticəsində vəfat edən gənc bir xanımın əmisi qızı olaraq deyirəm ki, bunu yaşamaq çox çətindir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.
“Neçə illər keçir amma gənc övladını itirən gənc ananın üzünə də, qəlbinə də , evinə də əvvəkli xoşbəxtlik , sevinc və təbəssüm qayıtmadı”- deyə, qeyd edən millət vəkilinin yazdığına görə, bundan sonra bütün ailə o ağrını çox dəhşətli yaşadı.
“Amma o məsuliyyətsiz bu gün evində oturub rahat yaşayır.
P.S Bunu elə-belə yazmadım.
Hər yazdığımı “diqqətlə” oxuyanlar və “anlayanlar” üçün yazdım…”-deyə, Q. Paşayeva sonra yazıb.
Gununsesi.info