Qənirə Paşayeva ön cəbhədə kənd sakinlərinin Qurban bayramını təbrik edib - FOTOLAR

  • By admin
  • 05 Sentyabr 2017 09:05

21192937_1265217040256999_5822793617295932236_n

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən kəndlərində  sakinlərlə görüşüb, bayramlarını təbrik edib, bayram hədiyyələrini təqdim edib, qayğı və problemlərlə maraqlanıb.  

Gununsesi.info-nun xəbərinə görə, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva ön cəbhə kəndlərində sakinlərin düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsinin, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə yaşayan sakinlərimizin fədakarlığını xüsusi vurğulayıb.

Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Bir sıra məsələlərin rayon səviyyəsində həll olunmasına nail olan Q.Paşayeva onların bəzi problemlərinin həlli istiqamətində Bakıya dönən kimi müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Millət vəkili Q.Paşayeva ön cəbhə kəndlərində bir çox şəhid ailələrini ziyarət edib, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Millət vəkili həmçinin ön cəbhə kəndlərində bir sıra maddi imkanları ağır olan ailələrlə də görüşüb, bayramlarını təbrik edib, probemləri ilə maraqlanıb.

Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib. Q.Paşayeva bildirib ki yeni kitabının ilk nüsxələrini ön cəbhəmizi qoruyan əsgərlərimiz və ön cəbhədə yaşayan insanlara hədiyyə etməkdən məmundur.

21271086_1265685296876840_3995060359588591789_n 21232092_1265622623549774_3162838831789870145_n 21230837_1265622576883112_7936817415375513268_n 21192962_1266002493511787_7119246030655168685_n 21192560_1265509570227746_8921144944922910756_n 21192654_1265480020230701_3841123234103467753_n

Gülnaz Qənbərli
Gununsesi.info