Qənirə Paşayeva şəhid Füzuli Rzayevin ailə üzvləri ilə görüşüb

  • By admin
  • 13 Dekabr 2021 11:49

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzun Hunanlar kəndindən olan I Qarabağ müharibəsi şəhidi Füzuli Ziyadxan oğlu Rzayevin anası Gülbahar Məcid qızı Rzayeva, şəhidin qardaşı oğlu İqbal Rzayev və ailənin vəkili Rəhim Həsənzadə ilə görüşüb.

Komitə sədri şəhidin ailə üzvlərini dinləyib, qayğıları ilə yaxından maraqlanıb, əlaqədar dövlət orqanları ilə telefonla əlaqə saxlayıb.

HTML tutorial

Şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşən Q.Paşayeva deyib:

“Siz, Vətən uğrunda öz canını qurban vermiş şəhidimizin ailə üzvlərisiz. Şəhid ailələrinə ali dövlət rəhbərliyinin diqqət-qayğısı hər birimiz üçün, cəmiyyətimiz üçün bir örnək təşkil edir. Biz Sizə çox minnətdarıq! Şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Biz bu il ilk dəfə Zəfər Gününü keçirdik. Bu Zəfər Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə fərəhi, qüruru ən çox Siz şəhid ailələri haqq edirsiz”.

Komitə sədri şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Gununsesi.info