Qənirə Paşayeva seçki qərarı verdi – Yenidən namizəd olacaqmı? - CAVAB

  • By admin
  • 24 Dekabr 2019 09:44

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva gələn ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb:

“Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.

Gununsesi.org