
Millət vəkili Qənirə Paşayeva Suriya sərhədində türkmən köçkünlərlə, qardaş-bacılarımızla görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, millətvəkiliQənirə PaşayevaTürkiyə-Suriya sərhədində Hatayda, sərhəddə yerləşən Yayla dağında Suriyadanköçkündüşmüş soydaşlarımızla,türkmənlərlə görüşüb. Zülm və əziyyətdən qaçmış Suriya türkmənləri ilə Türkiyə hökuməti tərəfindən onlar üçün salınmış köçkün düşərgəsində görüşən millət vəkili Q.Paşayevaya Yayladağı bələdiyyə başçısı və kaymakamı köçkün qardaş-bacılarımıza dəstək istiqamətində görülən işlər barədə məlumatlar veriblər.
Görüş zamanı türkmən köçmənlər millət vəkilinə Suriyadan zülmdən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini, türkmən kəndlərin əksəriyyətinin boşaldığını, oradan yaşamağın mümkünsüzliyinü, başlarına gətirilən müsibətlərdən danışıblaqr. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmənlər ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmənlər bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini və səslərini dünyaya daha çox duyurmağa yardımçı olmağı istədiklərini deyiblər.
Köçkün düşmüş Suriya türkmənləri üzləşdikləri ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin onların vəziyyətinə biganə münasibəti, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bəzi beynəlxalq tədbirlərdə çıxış edən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb.
O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Millət vəkili Q.Paşayeva bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri Suriyadan köçkün düşmüş qardaş-bacılarımızın acıları çox yaxşı anlayır və hər zaman yanınızdayıq və ümid edirik ki inşallah yaxşın zamanlarda öz evlərinizə dönə biləcəksiniz deyib.
Millət vəkili bildirib ki bundan sonra da bütün beynəlxalq platformalarda onların səsini duyurmağa çalışacaqlar. Millət vəkili Q.Paşayeva köçkün türkmən uşaqlar üçün salınmış məktəbi ziyarət edib, uşaqlaqrla görüşüb, sakinlərlə söhbətlər edib. Köçkün türkmənlər bir azərbaycanlı millət vəkilinin onları ziyarət etməsindən, vəziyyətləri ilə maraqlanmasından çox məmnun olduqlarını bildiriblər.
Gülnaz Qənbərli
Gununsesi.info