Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfransda çıxış edib

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Uludağ Universitetində yüzlərlə gənc və müəllimlərin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. 

Gununsesi.info-nun xəbərinə görə, tədbirin açılışında Uludağ Universitetində Azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Proje Ayolyesinin rəsmisi Solmaz İsmayılova o acıları yaşamış bir Qarabağlı olaraq gəncləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin təbliğində fəal olmağa çağırıb və universitet rəhbərliyinin dəstəyi ilə bu konfransı təşkil etməkdə də məqsədin gənclərə geniş bilgilər verilməsi olduğunu bildirib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi və Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğuladıqları tədbirdə geniş məruzəsində millət vəkili Q.Paşayeva əvvəlcə universitetin Proje Atolyesinin başqanı Mustafa Arslana, Gənc təşkilatının rəhbəri Muhammed Yılmaza və əməyi keçən bütün qurum üzvlərinə və universitetə Azərbaycana, Qarabağa, Xocalı soyqımınına göstərdikləri duyarlılıqdan dolayı təşəkkürünü bildirib. Millət vəkili Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.

“Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı?Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri yetəri qədəreşitmirik!Bu bir insanlıq utancıdır!Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransavə Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib.

Tədbirdə Uludağ Universitetinin rektor müaini Mehmet Yüce və universitet rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Millət vəkili Q. Paşayeva müəllimlərə və gənclərə Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib.

Gülnaz Qənbərli
Gununsesi.info

COMMENTS