Qənirə Paşayeva: “Xəyallarınızdan vaz keçməyin!”

  • By admin
  • 29 Avqust 2016 16:46

qanire

 

Millət vəkili Qənirə Paşayevadan örnək hekayələr.

Gununsesi.info hekayəni təqdim edir.
Xəyallarınızdan heç zaman vaz keçməyin! Bu uğura ge-dən yolun və onu qazanmağın ilkin və əsas şərtidir… Xəyallar qurmaqdan da heç zaman çəkinməyin, qorxmayın. Sadəcə, qurduğunuz xəyalların arxasınca getməyi öyrənin. Hər çətinlikdə ondan vaz keçməyin, onu dəyişdirməyin…Bir gün bir müəllim böyüdükləri zaman nə olmaq və nə etmək istədikləri ilə bağlı şagirdlərinə inşa yazmalarını tapşırdı. Şagirdlərdən biri bütün gecə oturub günlərin birində at fermasına sahib olmaq istədiyini nəql edən yeddi səhifəlikinşa yazdı.
Xəyalını ən incə detalları ilə anlatdı. 200 hektarlıq fermanın eskizini çəkdi, binaların, sarayların və qaçışyollarının yerlərini göstərdi. Eskizə 200 hektarlıq ərazinin
üzərində yerləşəcək 1000 kvadrat metrlik evin ətraflı planını da əlavə etdi. Ertəsi gün müəllimə təqdim etdiyi tapşırıqqəlbinin səsi idi. Tapşırığı geri aldığında kağızın üzərində
qırmızı bir qələmlə yazılmış böyük bir “0” və “Dərsdən sonra məni gör” xəbərdarlığını oxudu. “Nə üçün “0” aldım?”-,  deyə uşaq maraqla müəllimindən soruşdu. “Bu sənin yaşında bir uşaq üçün gerçəkçi olmayan bir xəyaldır”, – müəllimidedi. – Pulun yoxdur. At fermasını qurmaq böyük pul tələb
edir. Öncə ərazini satın almağın lazımdır. Damazlıq heyvanlar da almağın gərəkdir. Bunu bacarmağın imkansızdır” vəəlavə etdi: “Tapşırığını gerçəkçi hədəflər müəyyən etdikdən
sonra yenidən yazarsan, o zaman qiymətini yenidən nəzərdən keçirərəm…”
Uşaq evinə döndü və uzun-uzun düşündü. Atasına danışdı. “Bu məsələdə qərarını özün verməlisən. Bu sənin həyatınüçün olduqca böyük bir seçimdir!” –,  atası dedi. Uşaq bir həftə düşündükdən sonra tapşırığına heç bir dəyişiklik etmədən müəlliminə geri verdi. “Siz verdiyiniz qiyməti dəyişdirməyin, mən də xəyallarımı…”
O orta məktəb şagirdi bu gün 200 hektarlıq ərazi üzərindəki min kvadrat metrlik evində oturur. İllər öncə yazdığı tapşırıq çərçivəyə salınaraq, evinin divarından asılıb. Həmin müəllim şagirdlərini bir gün bu fermaya gətirir.
Fermadanayrılarkən keçmiş şagirdinə “Bax, sənə indi söyləyə bilərəm.
Mən sənin müəllimin ikən xəyal oğrusu idim. O illərdə şagirdlərdən çox xəyallarını oğurladım. Nə yaxşı ki sən xəyalından vaz keçməyəcək qədər inadkar idin…”
P.S: “Dünyada ən böyük günahlardan biri kiminsəxəyallarım sındırmaq, onu xəyallarından vaz keçirməkdir”-,  deyə düşünürəm… Kiməsə xəyallarını həyatakeçirməkdə yardım etmək isə gözəl əməllərdən biri.

Gununsesi.info