
“Balaca Gövhərə illərdir daima dəstək olan hörmətli Mehriban xanıma öz adımdan və Gövhərin adından bir daha təşəkkürlər. Gövhərlə bağlı məsələləri diqqətdə saxlayan və onun yaşayışı ilə bağlı suallar ünvanlayan dostlara demək istəyirəm ki, bu ailə mərhum aktrisa Xanım Qafarovanın vəfat etməsindən sonra daima Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın diqqətində olub və hər ay onlara dəstək göstərilib”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda millət vəkili Qənirə Paşayeva deyyib. O bildirib ki, Xanım Qafarovanın müalicəsinə, dəfn mərasiminə də böyük dəstək olmaqla yanaşı hər zaman maddi olaraq da ailəyə dəstək göstəriblər: “Ailənin, sadəcə, ciddi mənzil problemləri var idi ki, o da sağ olsun, Mübariz müəllimin dəstəyi ilə öz həllini tapdı. Bu gün Gövhəri ziyarət etdik, dərsləri ilə maraqlandıq. Çəkildiyi filmlərdən aldğı təşəkkürnamələri, dərslərindən aldığı əla qiymətlərini görüb çox sevindik. Gövhər hər zaman onu diqqətdə saxlayan Mehriban xanım başda olmaqla ona dəstək olanlara təşəkkürünü bildirdi. Allah Gövhərə və bütün balalara kömək olsun”.
Gülnaz Qənbərli
Gununsesi.info