
Millət vəkili Qənirə Paşayeva Yaponiyanın baş naziri başda olmaqla hökumət rəsmiləri ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq qrupunun üzvü Q.Paşayeva sammit çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe, İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşige Seko, Xarici İşlər Naziri Fumio Kişida, Yaponiya Biznes Federasiyasının rəhbəri Sadayuki Sakakibaha, Tokyo meri Yuriko Koike ilə görüşüb.
Millət vəkili Q. Paşayeva Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa önəm verdiyini deyib. Yaponiya hökumət rəsmiləri də Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini və bu münasibətlərin daha da inkişafının məmnuniyyətverici olduğunu vurğulayıblar.
Gülnaz Qənbərli
Gununsesi.info